Erməni katolikosu Konqresdə Qarabağdan köçmüş hayklar üçün ingiliscə dua etdi… - VİDEO
Böyük kilikiya evinin katolikosu I Aram ABŞ Konqresinin Nümayəndələr Palatasını ziyarət edib və Qarabağdan guya ki, “məcburi” köçkün düşmüş ermənilər üçün dua edib.
Hurriyyet.az xəbər verir ki, erməni mediasının yazdığına görə, bu məlumatı Amerika Erməni Komitəsi yayıb.
“Dualarımızda çoxəsrlik(guya-S.L.) yurd-yuvasını, Dağlıq Qarabağı(keçmiş-S.L.) tərk etməli və qeyri-müəyyənliklə üzləşməli olan 100 mindən çox(guya-S.L.) ermənini xatırlayaq”, - deyə erməni keşiş bildirib və daha sonra ingilis dilində çıxışını davam edib.
Qeyd edilir ki, I Aram iki həftəlik səfərlə ABŞ-a gedib. Onun Vaşinqton, Filadelfiya, Nyu-Cersi və Nyu-Yorkun erməni icmalarının nümayəndələri, həmçinin yeparxiya, ştat və kilsələrin məsul qurumları ilə görüşləri planlaşdırılır.
Moderator.az