📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Erməni keşiş hamını Respublika meydanında gözləyir - VİDEO

2024-05-10 13:06:59

Erməni keşiş hamını Respublika meydanında gözləyir - VİDEO

Hurriyyet.az "Yerevan Today" nəşrinə istinadla xəbər verir ki, arxiyepiskop Baqrat Qalstanyan ölkə vətəndaşlarını bu gün saat 18.30-da Respublika meydanında keçiriləcək etiraz nümayişində iştirak etməyə çağırıb.
O, etirazçıların Respublika meydanında toplaşacağı vaxta qədər ölkənin hər yerində itaətsizlik aksiyaları məşvərətlər keçiriləcəyini bildirib.
Hazırda paytaxt İrəvanda və Ermənistanın digər bölgələrində itaətsizlik aksiyaları keçirilir, yollar bağlanıb. İrəvan Dövlət Universitetinin tələbələri isə tətil elan ediblər.
Etirazçılar Baş nazir Nikol Paşinyanın dərhal istefa verməsini tələb edirlər.
Hürr Tərcüman

Keşişlərin qiyamı: Paşinyanın yerinə keçmək istəyirlər