📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Erməni kilsəsi vergiyə cəlb oluna bilər

2024-05-21 17:06:59

Erməni kilsəsi vergiyə cəlb oluna bilər

Hurriyyet.az xəbər verir ki, Ermənistan parlamentində Erməni Apostol kilsəsinin vergiyə cəlb olunması təklif edilib.
Bu ideyanı parlamentin spikeri Alen Simonyan səsləndirib.
Alen Simonyan parlamentdəki çıxışında deyib: "Daha bizim emosiyalarımızla, tarixlə oynanılması kifayətdir. Artıq hətta siyasətlə məşğul olur, diasporadan pul toplayır, şam, koka-kola, şərab satırlar, restoranları var və vergi ödəmirlər. Başa düşmək istəyirəm ki, niyə əli öpülən keşiş vergiləri ödəyən və ordu üçün patronlar alan adi biznesmendən üstün olmalıdır? Mənim üçün böyük vergiödəyiciləri ən vacib şəxslərdir".
Hürr Tərcüman