📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Erməni KİV-ləri: Türkiyə Ermənistan üçün yük daşınması üçün səmasını bağlayıb

2024-07-11 11:35:06

Erməni KİV-ləri: Türkiyə Ermənistan üçün yük daşınması üçün səmasını bağlayıb

Ermənistanın "Hetq" nəşri yazır ki, Türkiyə Ermənistan və Gürcüstan üçün nəzərdə tutulan malların Rusiya vasitəsilə daşınmasını qadağan edib.

Qeyd olunur ki, bir gün əvvəl Ermənistan və Gürcüstandan onlayn sifariş edilən məişət əşyaları ilə Bolqarıstana uçan təyyarə Türkiyəyə daxil olmaq üçün əvvəlcədən icazə alınsa da, son anda təyyarə içəri buraxılmayıb və geri qayıdıb.

Nəşrin yazdığına görə, Türkiyə hakimiyyəti əvvəllər dəfələrlə Ermənistan qeydiyyatında olan və ya Ermənistandan hava yolları tərəfindən icarəyə götürülmüş təyyarələrin hava məkanından uçuşunu qadağan edib.

Ülviyyə, Hurriyyet.az