Erməni KİV: “Şahramanyan sentyabrın 19-da DTX-yə müraciət edib”
2023-10-18 10:51:51
Hurriyyet.az xəbər verir ki, Ermənistanın “Joxovurd” nəşrinin iddiasına görə, Qarabağ separatçılarının sonuncu başçısı Samvel Şahramanyan lokal antiterror tədbirləri zamanı atəşkəs əldə olunması üçün sentyabrın 19-da Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinə (DTX) müraciət edib.
Nəşrin məlumatına görə, Şahramanyan Azərbaycan tərəfini quldur separatçılarla – qondarma “keçmiş müdafiə naziri” Samvel Babayan və qondarma “keçmiş Təhlükəsizlik Şurası katibi” Vitali Balasanyan ilə danışıqlara dəvət edib. Lakin Bakı boş danışıqlara getməyib, birmənalı şəkildə qondarma separatçı qurumun ləğvini tələb edib.
Hürr Tərcüman