📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Erməni "liderlər" Qarabağa getməkdən imtina etdi - VİDEO

2021-08-31 14:35:00

Erməni

Ermənistan tarixində ilk dəfə ölkə rəhbərliyindən heç kim Qarabağdakı qondarma “müstəqillik günü” tədbirlərinə qatılmayacaq.

HURRİYYET.az xəbər verir ki, bu məlumatı “Joxovurd” qəzeti yayıb.

Məlumata görə, sabah Xankəndidə planlaşdırılan “tədbir”lərə nə Prezident Armen Sərkisyan, nə Baş nazir Nikol Paşinyan, nə də parlament spikeri Alen Simonyan qatılacaq.

Qeyd edək ki, Paşinyan avqustun 31-dən sentyabrın 3-nə kimi məzuniyyətə çıxıb. Onun Soçidə istirahət edəcəyi bildirilir.