📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Erməni lobbisi Türkiyəyə qarşı niyə "valı dəyişdi?"...

2021-12-29 14:52:00

Erməni lobbisi Türkiyəyə qarşı niyə

“Quru yolu Cəbəllütariq”-XIX əsrdə Şərqi Türkiyənin Qars şəhərini belə adlandırıblar. Bu təsadüfi deyil. Pireney yarımadasının cənub ucunda yerləşən Cəbəllütariq qayası Atlantik okeanından Aralıq dənizinə gedən dəniz yoluna nəzarət edən böyük strateji əhəmiyyətə malik olduğu kimi, Qars da tarixən Avropadan və Qara dəniz hövzəsindən Xəzərə və Mərkəzi Asiyaya gedən yolda böyük əhəmiyyət kəsb edirdi.
Təsadüfi deyil ki, birinci Osmanlı-Səfəvi müharibəsindən, 1555-ci ildə Amasiya müqaviləsindən sonra Qars və onun ətrafı neytral elan edilmiş və Qars qalası sökülməli olmuşdur. 1578-ci ildə Osmanlılar tərəfindən bu qalanın bərpası Osmanlı-Səfəvi müharibələrinin yeni seriyasının başlanğıcı oldu. Nəticədə Qars Osmanlı İmperatorluğunun tərkibində qaldı və onun “şərq qalası” oldu.
Əvvəlki dövrlərə gəlincə, bilikli adamlar erməni saxtakarlarının mifik “erməni krallıqları” haqqında nağıllarını təbəssümsüz oxuya bilməz. Bu nağıllardan biri də "mifik erməni krallığı"nın  “paytaxtı” Qars haqqındadır. Məlumdur ki, ermənilərin o zaman  dövlətçiliyi yox idi və heç kim onlara belə bir strateji əhəmiyyətli nöqtəyə nəzarəti verməzdi. Odur ki, “Qars Erməni Krallığı”, “Erməni Qarsı”nın da digər fantaziyalar silsiləsindən "yalançı nağıl" olduğu məlumdur. Məlumatlara görə, Qarsda pravoslav gürcü yeparxiyası mövcud olmuş, gürcü kilsəsinin qalıqları və qalmışdır. Qarsda, eləcə də qonşu Anidə (dağıdıcı zəlzələlərdən sonra tərk edilmiş) daha çox gürcü kilsələri var idi, lakin Qars və onun ətraflarında onların gürcü kilsələrinin bir çoxu erməni köçkünləri tərəfindən mənimsənilərək “erməni” kilsəsinə çevrildi.
Rusiya imperiyasının Cənubi Qafqaza gəlişi ilə Qars onun Osmanlı İmperiyası ilə qarşıdurmada əsas “strateji hədəflərindən” birinə çevrildi. Rus qoşunları dəfələrlə basqın edərək oranı ələ keçirdilər, lakin sülh müqavilələri nəticəsində onu geri qaytardılar. Təbii ki, müharibə dövründə müsəlmanlara qarşı hücumlar, soyqırımlar, dinc əhalini qətlə yetirən erməni təxribatçıları yerli xalqın “sağ qalması” üçün hər şey etdilər.
Beləliklə, Acarıstan viran qaldı. Qarsda da müsəlman əhalinin köçü baş verdi, onların yerinə Osmanlı İmperiyasından gələn erməni köçkünləri məskunlaşsa da, buna baxmayaraq, Rusiya hakimiyyətinin açıq-aşkar himayədarlığı altında ermənilərin xeyrinə faktiki etnik təmizləmə aparılsa da, Qars bölgəsini “erməniləşdirmək” mümkün olmadı. Oradakı əhalinin maksimum 20%-ni ermənilər təşkil edirdi.
1921-ci il Moskva və Qars sülh müqavilələri ilə şəhər nəhayət Türkiyəyə qaytarılanda Qars həm də erməni “böyük dövlət” planlarının iflasa uğramasının simvoluna çevrilməli idi. Gələcəkdə Qars uzun müddət əvvəl SSRİ ilə NATO arasındakı qarşıdurma, sonra isə Ermənistan-Türkiyə sərhədinin bağlanması səbəbindən “arxa planda" qaldı.
Gürcüstan ərazisindən tranzitin inkişafı və xüsusən də Bakı-Tbilisi-Qars dəmir yolunun işə düşməsi ilə hər şey kəskin şəkildə dəyişdi. Şəhər yenidən hərbi qala kimi deyil, Avropadan Xəzəryanı ölkələrə və oradan da Asiya ölkələrinə gedən yolda əsas tranzit məntəqəsi kimi “açar”məntəqə kimi əhəmiyyət kəsb edir. Zəngəzur dəhlizinin və digər marşrutların açılması yalnız Qarsın strateji əhəmiyyətini artıracaq və bütün Şərqi Türkiyə iqtisadiyyatının inkişafına təkan verəcək.
Bu baxımdan erməni millətçilərinin Qarsa və Şərqi türk torpaqlarına "sönməyən" marağı başa düşüləndir. Belə mənzərə ayarndı ki, “Artsax miaum”unun dağılması və müharibədəki məğlubiyyət erməni “strateqlərinin” şövqünü və onların sadəcə olaraq güc yolu "başqasının əliylə" türk torpaqlarını “ələ keçirib ilhaq etmək”   istəklərinin üstünə bir az "su səpdi". Müvəqqəti olaraq daha hiyləgər planlara keçməyə qərar verildi. Yəni türk torpaqlarına məskunlaşma-sahiblənmə taktikası dəyişdi. Məhz, sərhədlərin açılmasından yararlanmaq və “iddia olunan ərazi”də ilk növbədə iqtisadi “sürünən genişlənməyə” başlamaq strategiyası işə düşdü.
Tanınmış erməni iş adamı Ruben Vardanyan bu haqda çox maraqlı şəkildə danışır, burada o, demək olar ki, birbaşa belə genişlənmədən danışır.
Belə ki, ən “uzaqgörən” erməni liderləri yeni reallıqlardan çıxış edərək öz strategiyalarını işə salırlar. “Mühasirəyə alınmış qala” siyasəti erməni etnosu üçün özünün tam ölümcüllüyünü və fəlakətini göstərmiş, həm ermənilərə, həm də başqa xalqlara səfalət və iztirabdan başqa heç nə gətirməmişdir.
Sərhədlərin açılması erməni lobbisinə öz başqa taktikalarını da i.ə salmaq imkanı verir. Yeri gəlmişkən, onlar bundan 1-ci dünya müharibəsindən əvvəl Rus və Osmanlı imperiyasında təsirlərini artırmaqla yararlandıqları kimi indi də eyni taktikanı işə salıblar.
Bu taktikada ən “həssas bənd” Gürcüstandır. Türkiyənin ciddi investisiya və maliyyə potensialı var. O, İrəvanl içəri buraxa bilər, lakin içəridəki erməni lobbisininin Osmanlı zamanındakı kimi türk dövlətinin maraqlarını məmur kürsülərindən yönəltməsinə imkan verməmək, bu "hiyləgər təhdidi" cilovlamaq şərtilylə. Gürcüstan üçün isə bunu demək olmaz, çünki Samtsxe-Cavaxetiyada separatçı dühalara malik erməni icmasının yaşadığını nəzərə alsaq, bu cür erməni manipulyasiyaları və “tranzit yollarında iqtisadi ekspansiya” təhlükəli ola bilər.
Bu gün Gürcüstan və Rusiya arasında investisiya və iqtisadi əməkdaşlığı manipulyasiya edən, bu əməkdaşlığı Gürcüstanın maraqları yolunda Gürcüstan-Türkiyə arasındakı əməkdaşlığı konstruktiv məcraya yönəltmək cəhdlərinin qarşısını alan erməni lobbisidir ki, "3+3" formatı da buna misaldır.
Sərhədlərin açılması və Türkiyənin şərqində investisiya layihələrinin sürətlə inkişafı məsələsində eyni hal yaşana bilər. Erməni dairələri bu dəfə Gürcüstanla bağlı layihələrə “Türkiyə tərəfdən”-daha dəqiqi qardaş ölkədə mühüm mövqelərdə "kamuflyaj" olunmuş erməni kökənlilərin əliylə müdaxilə edə bilər. Xüsusilə gürcü “vətənpərvərləri”nin içindəki soyadlarını gürcü soyadlarına dəyişmiş "3 rublluq" erməni "katalizator"ları da var ki, bu erməni “dostları” Gürcüstana məsələni “Türkiyə təhlükəsi” kimi qələmə verirlər. Halbuki Gürcüstan-Türkiyə arasında yalnız iqtisadi əməkdaşlıq və sərmayələr var, lakin erməni fitnəsinin iştirakı olmadan. Xüsusilə indiki məqamda ki, tanınmış ermənilər yorulmadan-usanmadan Gürcüstana, Tiflisə qarşı iddialarını artıq açıq səsləndirirlər. Növbəti belə iddia erməni siyasi analitik Razmik Akopcanyanın ifasənda səsləndirildi. Onun sözlərinə əsasən, gürcülər guya ermənilərə qarşı nankorluq edir, keçmişlərini unudurlar. O Tiflisi qədim erməni şəhəri adlandırıb, çox sayda erməni kilsəsi “gürcü kilsələri” kimi təqdim olunduğunu iddia edir. Ardınca da bildirir ki, "nə edək, bizim də belə qonşularımız var. Gürcülər daim bizə arxadan zərbələr endiriblər”. Əslində pis qonşudan şikayət haqqı biz və gürcülərin haqqıdır. Nə edək, bitməz-tükənməz həyasızlıqları ilə bizləri bezdirən zəhlətökən qonşularla üz-üzə qalmışıq...

Hazırladı: Ülviyyə Şükürova