📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Erməni mediası: Əliyev gülür, Nikol isə...

2022-10-07 11:09:00

Erməni mediası: Əliyev gülür, Nikol isə...

Praqada keçirilən Əliyev, Paşinyan və Ərdoğan görüşündən yayılan foto və videolardan görünür ki, Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan çox yüksək əhval-ruhiyyədədirlər.

Hurriyyet.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” qəzeti yazıb.

“Ermənistanın Baş nazirinin əhval-ruhiyyəsi elə də yaxşı görünmür, hətta yoxsul və depressiyaya düşmüş görünür. Lakin xarici işlər nazirləri Bayramov və Çavuşoğlu fəal və yüksək əhval-ruhiyyədə danışırlar. Arxa planda olan Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan isə özünü itirmiş kimi görünürdü”, - qəzetdə deyilir.