📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Erməni mediası panika işində: Paşinyan ya yalan danışır ya da...

2021-11-12 13:41:00

Erməni mediası panika işində: Paşinyan ya yalan danışır ya da...

Ermənistanın “Qraparak” qəzeti bildirir ki, ya Paşinyan keçmişdə dəhlizlərin maddi-texniki təminatı olmadığı haqda yalan danışır, ya da çoxdan qərar verməyi dayandırıb.
Nikol Paşinyan dünən açıqladı ki, Gorus-Qafan yolunun Azərbaycanın nəzarətinə keçən hissəsində Ermənistan vətəndaşlarına qarşı gömrük və sərhəd nəzarətinin həyata keçirilməsinin qarşısını almaq olardı, lakin bu “dəhlizin logistikası bahasına başa gələcək ki, bu da qəbuledilməzdir”.
“Bir gün əvvəl Rusiya XİN, eləcə də Rusiya baş nazirinin müavini Overçuk bildiriblər ki, yolların suverenliyi bu yolların ərazisindən keçdiyi ölkələrə aid olacaq”, deyə qəzet yazır. Nikol Paşinyan eləcə də qeyd edir ki, bu, əvvəldən müəyyən edilib, Rusiya Federasiyası sadəcə olaraq bunu bir daha təsdiqləyir və Ermənistan heç vaxt dəhlizlərin logistikasına dair danışıqlar aparmayıb. Yəqin ki, söhbət 2020-ci il noyabr və 2021-ci ilin yanvarında Rusiya, Azərbaycan və Ermənistan arasında əldə olunan razılaşmadan gedir. "Ona görə də Paşinyanın dünənki bəyanatını necə başa düşmək olar ki, sərhəd və gömrük nəzarəti məntəqələrinin yeri ilə bağlı fikir ayrılığı yaranarsa, bunun dəyəri dəhlizlərin maddi-texniki təminatı olacaq?”, deyə "Qraparak" qəzeti sual verir.   

Ülviyyə, Hurriyyet.az