📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Erməni mətbuatından iddia: “Paşinyan azərbaycanlı həmkarı ilə görüşəcək”

2022-08-20 13:35:00

Erməni mətbuatından iddia: “Paşinyan azərbaycanlı həmkarı ilə görüşəcək”

Hurriyyet.az xəbər verir ki, erməni mətbuatı Baş nazir Nikol Paşinyanın yaxın günlərdə Azərbaycanın Baş naziri Əli Əsədov ilə görüşəcəyini yazıb.

Erməni ekspert Andranik Ovannisyan öz teleqram kanalında anonim mənbələrə istinadla xəbər verib ki, görüş 25, yaxud da 26 avqust tarixində Bişkekdə baş tuta bilər. “Yerevan Today” nəşrinin yazdığına görə, görüşdə iki ölkə arasındakı münasibətlərin normallaşdırılması məsələri müzakirə ediləcək.

Hürr Tərcüman