Erməni nazir: “Azərbaycanla sərhədlərin delimitasiyası və demarkasiyası zəruri və qaçılmazdır”
2021-11-02 17:25:00
Hurriyyet.az “Sputnik Armeniya” agentliyinə istinadən xəbər verir ki, Ermənistanın Ərazi İdarəsi və İnsfrastruktur naziri Qnel Sanosyan bu gün parlamentdəki çıxışında Azərbaycan Respublikası ilə Ermənistan arasındakı sərhədin delimitasiyası və demarkasiyasının zəruri və qaçılmaz olduğunu bəyan edib. O, qeyd edib ki, həm də sakit inkişaf yoluna qədəm qoymaq üçün Ermənistanın dəqiq sərhədlərini müəyyənləşdirmək tələb olunur.
Nazir Qnel Sanosyan delimitasiya və demarkasiya işlərinin aparılması üçün 1920-ci illərin xəritəsini əsas götürmək ideyasını da alqışlayıb.
Hürr Tərcüman