📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Erməni nəşri bu ərazlərlə bağlı şok məlumat yaydı

2022-07-06 23:08:00

Erməni nəşri bu ərazlərlə bağlı şok məlumat yaydı

“Aylar əvvəl yazmışdıq ki, Qaragölün ərazisində məskunlaşan azərbaycanlılar qarşısında sərhədimiz o qədər müdafiəsizdir ki, onlar maneəsiz keçib Sisyana çata bilirlər”.

Bu barədə Ermənistanın “Hraparak” nəşri yazır.

Qeyd edilir ki, vəziyyət o qədər narahatlıq doğururdu ki, yerli ordu korpusu Gorusun Xoznavr kəndi ərazisinə təxminən bir kilometr uzunluğunda mina döşəmək qərarına gəlib.

Keçmiş icma başçısı Varo Qriqoryan bu xəbəri təsdiqləyərək əlavə şərh verməyib. Məlum olub ki, minalanma ilə bağlı yerli əhaliyə xəbərdarlıq edilməyib.

Kənddə atın həmin ərazidə minaya düşməsindən sonra sakinlər bu barədə biliblər. //Sfera.az