Erməni onlara Laçına alternativ yol çəkməyə imkan verməyən rus sülhməramlılarından gileyləniblər
2022-12-23 16:01:00
Rus sülhməramlıları ermənilərə Laçına alternativ yol çəkməyə imkan verməyiblər. Bu barədə erməni KİV-ləri bildirirlər.
Məlumatda deyilir ki, azərbaycanlı fəallar Laçın yolunu bağladıqdan sonra ermənilər alternativ yol açmağa cəhd ediblər.
"Qorus-Stepanakert yolunun bağlanmış hissəsinə paralel olaraq torpaq yol keçir. Ermənilər yolu hamarlamaq və alternativ yol çəkmək üçün traktorlar gətiriblər, lakin rus sülhməramlıları gəlib yol çəkməyi qadağan ediblər", erməni KİV-ləri yazır.
Ülviyyə, Hurriyyet.az