Erməni rəsmidən açıqlama: "Bir şey aydındır, kommunikasiyalar təcriddən çıxarılmalıdır"
Ermənistanın ərazi idarəetməsi və infrastruktur nazirinin müavini Armen Simonyan parlamentdə jurnalistlərə bildirib ki, hələlik kommunikasiyaların açılması barədə konkret bir şey yoxdur, blokadanın açılması mexanizmləri üçtərəfli işçi qrupda müzakirə olunur.
Onun dediyinə görə, dəmir yolu marşrutları hissəsində qismən aydınlıq var: bu istiqamət Yerasxdan Naxçıvana, Razdan və İcevandan Azərbaycana, Ermənistanın cənub rayonlarından keçən marşrut, eləcə də Türkiyəyə doğru olan istiqamətlərdir.
"İndiki mərhələdə hələ ki, konkret proqramlar yoxdur, amma bir şey aydındır: kommunikasiyalar təcriddən çıxarılmalıdır, erməni tərəfi başqa məsələləri müzakirə etmir və müzakirə etmək niyyətində deyil. Söhbət tranzit daşımalarından, strateji tərəfdaş Rusiya ilə əlaqədən, Naxçıvan vasitəsilə İrana çıxışdan gedir", deyə o bildirib.
Ülviyyə, Hurriyyet.az