Erməni rəsmisindən AÇIQLAMA: Regional kommunikasiyaların açılması Ermənistan-Azərbaycan sərhədlərinin delimitasiyasına bağlı deyil
Regionda kommunikasiyaların mümkün blokadadan çıxarılması Ermənistanla Azərbaycan arasında sərhədlərin delimitasiyası və demarkasiyası ilə bağlı deyil. Bu barədə TASS-a müsahibəsində Ermənistan baş nazirinin müavini Mqer Qriqoryan bildirib.
“Biz üç ölkə liderinin Soçidə verdiyi bəyanatı izləyirik və ona əsasən Ermənistan-Azərbaycan sərhədində sabitliyin, təhlükəsizliyin artırılması üçün addımlar atmaq, o cümlədən Ermənistanla Azərbaycan arasında dövlət sərhədinin Rusiya Federasiyasının məsləhəti, yardımı ilə sonrakı demarkasiya-delimitasiyası üzrə ikitərəfli komissiya yaratmaq barədə razılıq əldə olunub. Lakin bu məsələ heç bir halda regionda mümkün nəqliyyat əlaqələrinin açılması ilə bağlı deyil”, Qriqoryan bildirib.
Mqer Qriqoryan əlavə edib ki, "Ermənistan, Rusiya və Azərbaycan baş nazirlərinin müavinlərinin nəqliyyat kommunikasiyalarının blokadadan çıxarılması üzrə üçtərəfli işçi qrupu çərçivəsində sərhədlərin açılması halında daşımaların təmin edilməsi məsələsi ilə məşğul olan ekspert alt qrupu yaradılıb. Hələlik bu məsələlərin yekun həlli ilə bağlı heç bir müzakirə aparılmayıb”.
Ülviyyə, Hurriyyet.az