Erməni rəsmisindən AÇIQLAMA: İrəvan sərhədlərin delimitasiyasi prosesinə başlamağa hazırdır
2021-09-03 15:58:00
Ermənistanın Azərbaycanla sərhədlərin delimitasiyası və demarkasiyası prosesinə hazır olması barədə ölkənin təhlükəsizlik şurasının mətbuat katibi Armen Qriqoryan açıqlama verib. O eyni zamanda bildirib ki, hal-hazırda buna dair iş getmir. “Bakının reaksiyasını gözləyirik. Ümid edirik ki, Azərbaycan buna müsbət cavab verəcək ki, bu da nəticədə sərhəd böhranının aradan qaldırılmasını təmin edəcək delimitasiya işlərinin tezliklə başlamasına kömək edəcək”, deyə Qriqoryan əlavə edib.
Ülviyyə Şükürova
Hurriyyet.az