Erməni revanşistlərinin növbəti kələyi İRANLA AZƏRBAYCAN ARASINDA MÜHARİBƏDİR
Lakin isə reallıq budur ki, erməni dostlarını nə qədər “sevsələr” də, İran hakimiyyətinin bu gün Azərbaycanla müharibəyə qətiyyən ehtiyacı yoxdur
Mifik “miatsum”u xarici yardımla həyata keçirməkdən hələ də ümidini itirməyən erməni revanşistlərinin bu yolda növbəti kələyi İranla Azərbaycan arasında müharibədir. Onlar ümid edirlər ki, İran silahları, eləcə də Rusiya silahları sayəsində Qarabağı işğal edə biləcək.
Lakin reallıq budur ki, erməni dostlarını nə qədər “sevsələr” də, İran hakimiyyətinin bu gün Azərbaycanla müharibəyə qətiyyən ehtiyacı yoxdur. Əksinə, İrana Azərbaycanla təkcə sıx iqtisadi əməkdaşlığa yox, birgə tranzit layihələrində iştiraka və mümkün olan sahələrdə, ilk növbədə enerji sektorunda maksimum inteqrasiyaya ehtiyac var. Enerji sektorunda inteqrasiya isə ölkələr arasında müharibənin mümkünsüzlüyünün birinci və əsas şərtidir.
Siyasi analitiklərin diqqətindən yayınan belə çox vacib detalı xatırlayanlar azdır. Rusiyanın Ukraynaya hücumu ərəfəsində Ukrayna və Rusiyanın əvvəllər paralel işləyən enerji sistemlərinin bir-birindən “qopması” və Ukrayna enerji sisteminin sinxron şəkildə Avropa Birliyi enerji sistemi ilə işə düşməsi baş verdi.
Əvvəlcə belə bir iş "müvəqqəti təcrübə" olması nəzərdə tutulurdu. Bu “təcrübə” çərçivəsində 2022-ci ilin fevralında Ukrayna və Rusiyanın enerji sistemləri kəsildi və bir enerji sistemindən digərinə elektrik axını dayandı. Sonradan məlum oldu ki, sonradan, məhz bu iki ölkənin enerji sistemlərinin bir-birindən ayrılması zamanı Kreml Ukraynaya qarşı genişmiqyaslı təcavüzün başlamasına hazırlıq görüb. Nəticədə, Ukrayna və Rusiyanın enerji sistemlərinin “müvəqqəti” kəsilməsi daimi xarakter aldı.
Rusiya qoşunlarının Ukraynaya daxil olmasından sonra, 2022-ci ilin martında Ukrayna və Avropa İttifaqının enerji sistemlərinin yekun birləşməsi baş verdi. Bu, prinsipcə, Ukraynaya ötən qışda, Ukraynanın enerji potensialının əhəmiyyətli bir hissəsinin ruslar tərəfindən ələ keçirildiyi və raket - dron hücumları ilə “nokaut edildiyi” vaxtda sağ qalmağa imkan verdi.
Buradan aydın olur ki, bu gün Şimal-Cənub marşrutları üzrə birgə tranzit layihələri ilə yanaşı, Rusiya, Azərbaycan və İranın enerji sistemlərinin inteqrasiyası nə qədər vacibdir. Şərtlərdən irəli gələn zorakı əməkdaşlıq ölkələrin bu cür inteqrasiyasında iştirak edən iqtisadiyyatların inkişafına təkan verməklə yanaşı, onlar arasında genişmiqyaslı hərbi qarşıdurmanı qeyri-real edir.
10 avqust 2023-cü il Rusiya, Azərbaycan və İran 3 ölkənin (AİR - Azərbaycan-İran-Rusiya) elektrik enerjisi sistemlərinin birləşdirilməsi layihəsini müzakirə ediblər. Bu barədə Rusiya Federasiyasının Energetika Nazirliyi AİR layihəsinin həyata keçirilməsi üzrə üçtərəfli danışıqların yekunlarına əsasən məlumat verib.
İclasda Rusiyanın energetika nazirinin müavini Pavel Snikkars, Azərbaycanın energetika nazirinin müavini Elnur Soltanov, İranın energetika nazirinin müavini Homayun Xaeri iştirak ediblər. İclasda 3 ölkədən bu əməkdaşlıqda maraqlı enerji şirkətlərinin nümayəndələri də iştirak edib.
“Bu gün layihənin texniki-iqtisadi əsaslandırmasının hazırlanması davam edir, texniki-iqtisadi əsaslandırmanın bir sıra mərhələləri razılaşdırılıb. İştirakçı ölkələrin elektrik şəbəkələri vasitəsilə elektrik enerjisinin ötürülməsi üçün müxtəlif şərtlər ətraflı təhlil edilir və əlavə enerji obyektlərinin tikintisinin mümkünlüyü nəzərdən keçirilir”, deyə Pavel Snikkars bildirib.
Görüş zamanı tərəflər razılaşıblar ki, Azərbaycan, İran və Rusiyanın enerji sistemlərinin qarşılıqlı əlaqəsi üzrə texniki-iqtisadi əsaslandırmanın yekunlaşdırılması 2023-cü ilin sonunadək başa çatdırılmalıdır.
Xatırladaq ki, İranla Rusiya uzun illərdir ki, elektrik enerjisi mübadiləsi imkanlarını nəzərdən keçirir. Şəbəkələrin birləşdirilməsinə dair ilkin razılaşma 2016-cı ildə, İranın nüvə proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planının (JCPOA) bağlanması ilə əlaqədar İranın Qərbin sanksiyaları altında olduğu qısa müddət ərzində əldə edilib.
O zaman İranla Rusiya arasında elektrik enerjisinin tranziti üçün 2 marşrut nəzərdə tutulurdu: 1. Azərbaycandan, 2. Gürcüstandan keçməklə Ermənistandan.
Aydındır ki, erməni lobbisinin "ürəyindən" hər şeydən çox ikinci variyant keçərdi, lakin bunda “zəif həlqə” var - Ermənistanın enerji sistemi, fəlakətli şəkildə aşınmadan başqa, bir çox təhlükəli obyektə qoşuludur, hansı ki, onu, yəni Metsamor atom elektrik stansiyasını uzun müddətli istismardan çıxarmaq lazımdır. İrəvanın aqressiv siyasəti üzündən başqa siyasi və “hərbi” risklər də var. Nəticədə ilkin olaraq İran və Rusiya Federasiyasının enerji sistemlərinin riskli və atacağı hər addımın müəmmalı və çıxılmaz təsir doğura biləcəyi ehtimalı olan "əsrarəngiz" Ermənistandansa Azərbaycanın enerji sistemi vasitəsilə birləşdirilməsinə üstünlük verildi. Ermənistanın hansı gözlənilməz sürprizlər vəd edəcəyi variantı yoxdur. Hətta "ehtimallar nəzəriyyəsi" çərçivəsində belə.
2016-cı ilin noyabrında İranın energetika nazirinin müavini H.Fələhatian məlumat vermişdi ki, infrastrukturun yaradılması halında İran və Rusiya arasında Azərbaycan vasitəsilə 500 MVt-a qədər enerji ötürülməsi imkanı var. 2019-cu ildə Rusiya, Azərbaycan və İran 3 ölkənin enerji sistemləri arasında Şimal-Cənub enerji dəhlizinin yaradılması layihəsinin texniki-iqtisadi əsaslandırılmasının birgə işlənməsi haqqında saziş imzalayıb.
Bir il ərzində texniki-iqtisadi əsaslandırmanın hazırlanması planlaşdırılırdı, lakin COVID-19 pandemiyası səbəbindən layihə yenidən dayandı.
2022-ci ilin fevralında, hətta Rusiyanın Ukraynaya təcavüzü başlamazdan əvvəl AIR layihəsi Dohada Qaz İxrac Edən Ölkələr Forumu (GECF) çərçivəsində müzakirə edildi. Sonra Rusiya, İran və Azərbaycanın energetika nazirləri səviyyəsində üçtərəfli görüş keçirilib və burada layihənin texniki-iqtisadi əsaslandırılmasının hazırlanması müzakirə olunub. Sonra İranın Energetika Nazirliyinin rəhbəri izah edib ki, İran və Rusiyanın enerji sistemləri ilə ilkin sinxronizasiya başa çatıb, İran, Azərbaycan, Ermənistan və Rusiya arasında elektrik şəbəkələrinin ümumi sinxronizasiyası üçün texniki tədbirlər görülüb. İranın Energetika Nazirliyi tərəfindən Ermənistanın da “enerji şəbəkələrinin sinxronlaşdırılması” layihəsinə “daxil edilməsi” təsadüfi deyil - şübhə yoxdur ki, gec-tez Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi imzalanacaq və sonra İrəvanın regional enerji layihələrinə qoşulmasına heç nə mane olmayacaq.
2022-ci ilin dekabrında Rusiya Federasiyasının Energetika Nazirliyinin rəhbəri Nikolay Şulqinov Əli Əkbər Mehrabiyanla görüşüb. Daha sonra rusiyalı nazir Rusiya, Azərbaycan və İranın enerji sistemlərinin birləşdirilməsi üzrə işi gücləndirməyə çağırıb, eyni zamanda qeyd edib ki, Rusiya və İranın enerji sistemlərinin paralel fəaliyyətinin sabitliyi prioritet olmalıdır. Və bu iş, üçtərəfli görüşün nəticələrindən də göründüyü kimi, Azərbaycanın da iştirakı ilə kəskin şəkildə intensivləşib.
Bütün göstəricilərə görə, yaxın gələcəkdə enerji sistemlərinin unifikasiyası üzrə işlər ona gətirib çıxaracaq ki, bu sistemlər tam inteqrasiya olunacaq və İran, Azərbaycan və Rusiya arasında elektrik enerjisi ötürülməsi başlayacaq. Eyni zamanda, İranın “mübariz” SEPAH nümayəndələri son zamanlar Azərbaycan əleyhinə ritorikalarının "doza dərəcəsi"ni kəskin şəkildə aşağı salıblar. Hətta “mühasirədə olan Artsax” ermənilərinin soyqırımı ilə bağlı onlardan çox “qəzəb nalələri” eşidilmir, hansı ki, Xankəndindəki separatçılar buna çox ümidlənmişdilər.
Nəzərə alsaq ki, İranla Azərbaycan arasında gərginliyin əsas “hərbi təxribatçı”sı SEPAH olub, bu ona işarədir ki, iki ölkə arasında gündəmdən müharibə tamamilə çıxarıla bilər. Xüsusən də İran və Azərbaycanın enerji sistemləri vahid bir sistemdə bir araya gəlsə.
Ülviyyə ŞÜKÜROVA,
Hurriyyet.az