📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Erməni sakinlər “Laçın” postunda - Foto

2023-08-24 14:43:43

Erməni sakinlər “Laçın” postunda - Foto

Erməni əsilli şəxslərin “Laçın” sərhəd-buraxılış məntəqəsindən sərbəst keçidi növbəti dəfə təmin edilib.

Hurriyyet.az xəbər verir ki, həmin şəxslərin sənədləri yoxlanılıb və sərbəst hərəkətləri təmin edilib.

Qeyd edək ki, bu, bir daha mülki ermənilərin sərhəd-buraxılış məntəqəsindən keçidində heç bir maneənin, hər hansı çətinliyin olmamasını göstərir. Həmçinin Ermənistanın Azərbaycan tərəfindən Laçın yolunu blokadada saxlandığı iddialarının yalan və böhtan olduğunu növbəti dəfə sübut edir.