Erməni sakinlər üçün daha 2 maşın yanacaq göndərildi
2023-09-26 17:05:05
Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) məxsus yanacaqla dolu daha 2 nəqliyyat vasitəsilə Qarabağda yaşayan erməniəsilli sakinlər üçün yanacaq göndərilib.
Hurriyyet.az xəbər verir ki, 26 sentyabrda hər biri dizel və benzin yüklü avtomobillər Xankəndiyə yola salınıb.
Yük avtomobilləri 30 illik fasilədən sonra yeni açılan Ağdam-Əsgəran-Xankəndi yolu ilə Xankəndiyə yola salınıb.
Qeyd edək ki, yanacağın göndərilməsində sentyabrın 21-də Yevlax şəhərində keçirilən görüşdə erməni sakinlərin nümayəndələrinin bölgəyə yanacaq göndərilməsilə bağlı xahişləri nəzərə alınıb.
Bundan öncə Ağdam-Əsgəran-Xankəndi yolu vasitəsilə 30 ton benzin, 34 ton dizel yüklü iki avtomobil Qarabağa yola salınmışdı./Axar.az/