ERMƏNİ SEPARATÇILARINA QARŞI ƏMƏLİYYAT... - Müşahidə kameraları məhv edildi + VİDEO
2023-03-03 17:13:00
Azərbaycan Silahlı Qüvvələrinin hərbçiləri qanunsuz erməni quldur dəstələrinin mövqelərimizi izləyən üç videomüşahidə kamerasını sıradan çıxarıb.
Hurriyyet.az xəbər verir ki, bu barədə Caliber.az saytı öz mənbələrinə istinadla məlumat yayıb.
“Əldə etdiyimiz məlumata görə, söhbət erməni quldur dəstələrinin Ağdam və Xocavənd istiqamətindəki postlarından gedir” - deyə, sayt yazıb.
Hələlik hadisənin digər təfərrüatı barədə informasiya verilmir.