📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Erməni siyasətçidən etiraf: Ermənistanın brendi alçalmaqdır...

2022-02-10 12:05:00

Erməni siyasətçidən etiraf: Ermənistanın brendi alçalmaqdır...

Ermənistanın dünyadakı brendi alçalmaqdır. Bu ifadələri Ermənistan Respublikaçı Partiyasının sədr müavini Armen Aşotyan işlədib.

“Paşinyan deyir ki, Ermənistanın brendi demokratiyadır. Həqiqətən belədir? Hansı demokratiya? 2021-ci ilin iyunundan sonra Ermənistanın dünyadakı brendi alçalmaqdır”, deyə erməni siyasətçi öz Facebook səhifəsində yazıb.

“Nikolun bugünkü təkəbbürlü və kinli rəftarından həzz aldınızmı? Müharibədən bir il sonra özünü elə aparır ki, sanki onun günahı üzündən nə 5 min qurbanımız yoxdur, nə də 10 min kvadrat kilometr ərazimiz türklərə bağışlanmayıb", ifadələri ilə Aşotyan fikrini yekunlaşdırıb.

Ülviyyə, Hurriyyet.az