📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Erməni siyasətçidən həmvətənlərinə müraciət: “Azərbaycanla dostluq etməliyik” - VİDEO

2022-05-26 10:31:00

Erməni siyasətçidən həmvətənlərinə müraciət: “Azərbaycanla dostluq etməliyik” - VİDEO

Erməni siyasi şərhçi Artur Ağacanov öz həmvətənlərinə müraciət edib.

Hurriyyet.az xəbər verir ki, onun dedikləri “Baku TV”nin videomaterialında öz əksini tapıb.

Ağacanov Türkiyə və Azərbaycanla dostluğun ölkəsi üçün mühüm əhəmiyyətindən danışıb.

“Ağıllı və müdrik olun.... Biz yaxşı qonçularımız olan Türkiyə və Azərbaycana doğru addım atmalıyıq Azərbaycan kifayət qədər balanslaşdırılmış sabit iqtisadiyyata malikdir. Türkiyədən heç danışmıram. Bu çox güclü dövlətdir. Bu ölkələrlə dostluq etmək, iqtisadi əlaqələr qurmaq lazımdır”, - deyə o, bildirib.

Ağacanov qeyd edib ki, Qarabağ ermənilərilə Qarabağ azərbaycanlıları arasında da mütəmadi görüşlər təşkil edilməlidir.

Daha ətraflı “Baku TV”-nin videomaterialında: