📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Erməni spiker Simonyan Latviya Seyminin sədrinə "ağız açıb"

2024-06-26 15:44:16

Erməni spiker Simonyan Latviya Seyminin sədrinə

Alen Simonyan Latviya Seyminin sədri Daiga Merinjadan “Azərbaycanda saxlanılan erməni məhbusların” geri qaytarılmasına dəstək göstərməyi xahiş edib.
Simonyan Daiga Merinhanın hansı “müharibə əsirlərinin” evə qayıtmalı olduğunu dəqiqləşdirməyib. Məlumdur ki, o, bundan əvvəl Azərbaycan tərəfindən həbs edilən erməni hərbçiləri fərari adlandırıb.
Qeyd edək ki, Azərbaycan rəsmi olaraq hər hansı erməni hərbi əsirinin olmasını inkar edir, lakin terrorçuluq, separatçılıq və digər cinayətlərdə ittiham olunanların həbs olunduğunu təsdiqləyir. Maraqlıdır ki, Ermənistanın terrorçuluq, separatçılıq və digər cinayətlərdə ittiham olunanların simasında Azərbaycanda saxlanılan erməni məhbusları axtarması dolayısı ilə özü-özünü ifşa etməsidir. Xüsusilə o halda ki, Simonyan özü erməni hərbçiləri fərari adlandırıb.      

Ülviyyə, Hurriyyet.az