📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Erməni spikerin bu rəqsi gündəm oldu - VİDEO

2023-01-24 17:33:00

Erməni spikerin bu rəqsi gündəm oldu - VİDEO

Ermənistan parlamentinin spikeri Alen Simonyanın ölkənin gecə klublarından birində rəqs etdiyini əks etdirən görüntülər yayılıb.

Hurriyyet.az xəbər verir ki, spikerin görüntüləri sosial şəbəkələrin erməni seqmentində paylaşılıb.

Görüntülərin məhz nə vaxt çəkildiyi məlum olmasa da, onun bu addımı ölkədə müzakirələrə səbəb olub.

Belə ki, yanvarın 19-u Ermənistanda hərbi hissələrin birində 15 hərbçinin ölümü ilə nəticələnən yanğından sonra Simonyanın bu addımı xoş qarşılanmayıb.

Bizim.Media