📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Erməni təmsilçi Sonanı qucaqladı - Video

2021-12-20 09:36:00

Erməni təmsilçi Sonanı qucaqladı - Video

Xəbər verdiyimiz kimi, ötən gün Parisdə keçirilən “Uşaq Avroviziyası-2021”in qalibi Ermənistan təmsilçisi Malena olub. O, 224 xalla birinci pillədə qərarlaşıb.

Hurriyyet.az xəbər verir ki, qalibi Azərbaycan təmsilçisi Sona Əzizova da təbrik edib. Bunu əks etdirən görüntülər sosial şəbəkələrdə yayılıb.

Təmsilçimiz ona yaxınlaşaraq təbriklərini çatdırıb. Malena isə bu jestə cavab olaraq Sonanı qucaqlayıb. Bu görüş sülh mesajı kimi qəbul edilib. 

Qeyd edək ki, S.Əzizova müsabiqədə 151 xalla 5-ci yeri tutub.