📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Erməni vəhşiliklərinin ifşa edən YENİ KİTAB ÇAP OLUNUB

2021-12-11 23:02:00

Erməni vəhşiliklərinin ifşa edən YENİ KİTAB ÇAP OLUNUB

Gənc Beynəlxalq Hüquqşünaslar İctimai Birliyi Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə “Erməni vəhşiliklərinin ifşası” adlı  layihəni icra edir.  (15.10.2021- 15.01.2022)

Layihənin əsas məqsədi ermənilərin  törətdiyi  vəhşilikləri faktlar əsasında bütün dünyanın diqqətinə çatdırmaq, erməni faşizminin nə qədər qorxunc, nə qədər anti-insani mahiyyət daşıdığına bütün bəşəriyyəti inandırmaqdır. Bu məqsədlə azad edilmiş torpaqlarımızda erməni faşistlərinin dağıntılara məruz qoyduğu tarixi, mədəni, dini abidələrin fotolarının beş dildə əvvəl və sonrakı hallarının əks etdirildiyi kitab hazırlanıb, çap edilib. Layihədə bu kitabın  Bakı və Gəncə şəhəri, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusunun işğaldan azad etdiyi Ağdam rayonunda təqdimatlarının keçirilməsi nəzərdə tutulub. 

İlk təqdimat Bakı şəhərində 13 dekabr saat 14:00 tarixində Azərbaycan Dillər Universitetinin əsas binasında (R.Behbudov 134)  baş tutacaqdır.