Erməni vəkil: “Muğamın Zəngəzurda səslənib-səslənməməsi məsələsinə qərar verəcəksiniz”
“Bu, Qarabağı təhvil vermiş və Ermənistanı təhlükə altına qoymuş insanlarla Ermənistanın suverenliyini ən yüksək dəyər kimi qoruyanlar arasında mübarizədir”. Hurriyyet.az Ordu.az-a istinadən xəbər verir ki, bunu “Facebook” səhifəsində erməni vəkil Robert Hayrapetyan yazıb.
Hayrapetyan Ermənistan hakimiyyətinə müraciət edərək bildirib: “Nikol, hüquq diktaturasının təsdiq edilməsi çərçivəsində özün tərəfindən təyin edilmiş kadrı nizam-intizam məsuliyyətinə cəlb etməyə hazırlaşırsan, yoxsa Ədliyyə nazirinə tapşıracaqsan ki, ölkədə qanun və konstitusiyanın olduğundan növbəti dəfə təəssüflənsin? P.S. Yaranmış vəziyyətdə bu, hakimiyyətlə müxalifət arasında mübarizə deyil. Bu, Qarabağı təhvil vermiş və Ermənistanı təhlükə altına qoymuş insanlarla Ermənistanın suverenliyini ən yüksək dəyər kimi qoruyanlar arasında mübarizədir. Seçim etməzdən əvvəl Şuşada səslənən muğamın səsinə bir daha qulaq asın, çünki siz sabah bunun Zəngəzurda səslənib-səslənməməsi məsələsinə qərar verəcəksiniz”, - deyə o qeyd edib.