📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

“Erməni xalqının bütün bəlalarında Rusiyanı ittiham edirlər” – Zaxarova

2023-09-08 11:44:08

“Erməni xalqının bütün bəlalarında Rusiyanı ittiham edirlər” – Zaxarova

Hurriyyet.az xəbər verir ki, RF XİN mətbuat katibi Mariya Zaxarova İrəvanda keçirilən Rusiya-Ermənistan mediaforumunun iştirakçılarını salamlayarkən deyib: “Zənnimcə, son zamanlar Ermənistanın informasiya məkanında Rusiya və Rusiya-Ermənistan münasibətləri barəsində birtərəfli, neqativ, çox vaxt isə həqiqətə uyğun olmayan informasiyanın yayılması tendensiyası nə sizi, nə də bizi məmnun edə bilməz. Sözsüz ki, bu, iki xalq arasındakı ünsiyyətin ənənəvi dost xarakterinə ziddir”.

Onun sözlərinə görə, Moskva Rusiyanı erməni xalqının bütün bəlalarında ittiham eləmək hesabına RF ilə Ermənistan arasında düşmənçilik yaratmaq cəhdlərini yolverilməz hesab edir.

Zaxarova deyib: “Ermənistanın qanun pozuntusuna yol verməyən Rusiya nümayəndələrini ölkəyə buraxmaqdan imtina eləməsi iki ölkə arasındakı münasibətlərə böyük zərər vurur”.

Hürr Tərcüman