📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Erməni xilasedicilər Türkiyə-Suriya sərhədinə göndəriləcək

2023-02-07 16:40:00

Erməni xilasedicilər Türkiyə-Suriya sərhədinə göndəriləcək

Ermənistan zəlzələnin nəticələrinin aradan qaldırılmasında Türkiyəyə dəstək verəcək.

Hurriyyet.az xəbər verir ki, Ermənistan hökuməti Daxili İşlər Nazirliyinin xilasetmə xidməti qrupunun Türkiyəyə səfəri ilə bağlı qərarı artıq təsdiqləyib.

Erməni xilasetmə qrupu Türkiyə-Suriya sərhədində zəlzələdən zərər çəkmiş ərazidə axtarış-xilasetmə işləri aparacaq.

Hazırda təşkilati işlər həyata keçirilir.

yenisabah.az