📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ermənilər Ağdamı minaatanlarla atəşə tutub: Yaralılarımız var

2023-09-19 12:32:10

Ermənilər Ağdamı minaatanlarla atəşə tutub: Yaralılarımız var

Ermənistan silahlı qüvvələrinin birləşmələrinin təxribatı nəticəsində iki hərbi qulluqçumuz yaralanıb.

Müdafiə Nazirliyindən Hurriyyet.az-a daxil olan xəbərə görə, sentyabrın 19-u saat 11:45 radələrində Azərbaycan Ordusunun Ağdam rayonu istiqamətində yerləşən mövqeləri Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki Ermənistan silahlı qüvvələrinin birləşmələri tərəfindən minaatanlardan və müxtəlif çaplı atıcı silahlardan atəşə tutulub.

Nəticədə Azərbaycan Ordusunun iki hərbi qulluqçusu yaralanıb. Hərbi qulluqçularımıza dərhal ilkin tibbi yardım göstərilib.

Bölmələrimiz tərəfindən cavab tədbirləri görülüb.