Ermənilər Avropa İttifaqının ofisi qarşısında aksiya keçirirlər - Aİ səfirinin şəklini tapdaladılar
Hurriyyet.az “Vestnik Kavkaza” portalına istinadla xəbər verir ki, erməni müxalifəti Avropa İttifaqının İrəvandakı ofisinin qarşısında Ermənistanın Baş naziri Nikol Paşinyanın istefası tələbi ilə aksiya keçirir. Müxalifətçilər əllərində hazırda həbsdə olan tərəfdarlarının portretlərini gəzdirirlər. Onlar Avropa İttifaqının maliyyələşdirdiyi məhkəmə islahatlarının fonunda Ali Məhkəmə Şurasının başçısı Qaqin Canqiryanın istefası ilə bağlı rəy bildirilməsini də tələb ediblər. Vardavenyan deyib: “Biz indiyə qədər Aİ-nin qiymətləndirməsini eşitməmişik. Aİ-nin səfiri (Andrea Viktorin – red.) bizə izah eləsin, görək həqiqətənmi onun təsəvvürüncə məhkəmə islahatı belə görünməlidir?”
Onun sözlərinə görə, Andrea Viktorin Ermənistandakı məhkəmə sisteminin vəziyyətini qiymətləndirməsə o, Qaqik Canqiryanın törətdiyi bütün qeyri-qanuni əməllərə görə məsuliyyət daşıyacaq.
"Yerevan Today" saytının yazdığına görə, aksiya iştirakçıları Avropa İttifaqının Ermənistandakı səfiri Andrea Viktorinin Qaqik Canqiryanla birgə çəkdirdiyi rəsmini Aİ ofisinin qapısının qarşısında yerə tullayaraq tapdalamağa başlayıblar.
Hürr Tərcüman
