Ermənilər Azərbaycan Ordusunun mövqelərini yenidən atəşə tutub
2024-02-24 16:10:27
Ermənilər Azərbaycan Ordusunun Kəlbəcər istiqamətdəki mövqelərini yenidən atəşə tutub.
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, fevralın 24-ü saat 12:45-də Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Kəlbəcər rayonunun Yellicə yaşayış məntəqəsi istiqamətindəki mövqelərini atıcı silahlardan atəşə tutub.