📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ermənilər Azərbaycanla sərhəddəki bu kəndləri boşaltdı

2026-02-07 16:51:12

Ermənilər Azərbaycanla sərhəddəki bu kəndləri boşaltdı

Ermənilər Göyçə mahalının Basarkeçər rayonu ərazisində, Azərbaycanla sərhəddə yerləşən Yuxarı Şorca və Aşağı Şorca kəndlərini boşaldıblar.

Hurriyyet.org Axar.az-a istinadən xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.

"Hraparak" saytına danışan kənd sakinləri bildiriblər ki, kəndin bir hissəsi ümumiyyətlə köçüb gedib, digərləri isə qış aylarına görə Basarkeçərə yerləşiblər. Kənd icmasının rəhbəri ümid etdiyini bildirib ki, yaz aylarında, əkin zamanı onlardan bəziləri əkin-biçin niyyəti ilə müvəqqəti olaraq qayıdacaq.

Sakinlərin köçməsinə səbəb qış aylarında kəndə gediş-gəlişin kəsilməsi, yolların qar altında qalması və kənddə şəraitin olmamasıdır.