Ermənilər bu körpüdən istifadəni dayandırdı - Azərbaycanla razılıq
2024-07-10 20:56:13
Ermənistan və Azərbaycan sərhədinin demarkasiyası üzrə komissiyalar arasında razılaşmaya əsasən, Azərbaycanın nəzarətinə keçməli olan Tavuş rayonunun Kirants kəndi yaxınlığındakı körpüdən hərəkət bu gündən etibarən dayandırılıb.
Körpünün fəaliyyəti dayandığından hərəkət Açarkut-Kirants alternativ yolu ilə həyata keçirilir.
Kənd sakinlərinin məlumatına görə, polis hər iki tərəfdən yolu bağlayaraq körpüdə hərəkəti dayandırıblar.
Xatırladaq ki, alternativ Kirants-Açarkut yolunun yenidən qurulması işlərinə mayın 19-da başlanılıb. \\Ölkə.Az