📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ermənilər bu ölkədə Azərbaycana qarşı təxribat hazırlayır

2023-10-06 16:33:08

Ermənilər bu ölkədə Azərbaycana qarşı təxribat hazırlayır

Argentinada yaşayan ermənilər Azərbaycanın Buenos-Ayresdəki səfirliyində genişmiqyaslı təxribat hazırlayırlar.

Hurriyyet.az xəbər verir ki, bu barədə “Haqqın.az” Teleqram kanalı məlumat yayıb.

Məlumata görə, oktyabrın 5-də ermənilər Azərbaycan səfirliyi yaxınlığında etiraz aksiyası keçiriblər:

“Onlar Buenos-Ayresdə yaşayan soydaşlarını oktyabrın 7-nə planlaşdırılan etiraz yürüşünə qoşulmağa çağırıblar. Diplomatik mənbənin məlumatına görə, Azərbaycan səfirliyi Argentina Xarici İşlər Nazirliyindən ermənilərin mümkün təxribatları zamanı diplomatik nümayəndəliyin ərazisində təhlükəsizlik tədbirlərini gücləndirməyi xahiş edib”.