📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Ermənilər dinc birgəyaşayış fəlsəfəsini, yanaşmasını qəbul etmirlər" - ZAUR İBRAHİMLİ

2023-08-15 11:50:00

"Bunu gec-tez aparcı ölkələr və beynəlxalq təşkilatlar da qəbul edəcəklər"

"Ermənilərin indi etdikləri bir daha göstərir ki, ermənilər dinc birgəyaşayış fəlsəfəsini, yanaşmasını qəbul etmirlər". Hurriyyet.az xəbər verir ki, bunu "Prioritet" Sosial İqtisadi Araşdırmalar Mərkəzi İctimai Birliyinin sədri, politoloq Zaur İbrahimli bildirib.

Politoloqun qənaətincə, bunu gec-tez aparcı ölkələr və beynəlxalq təşkilatlar da qəbul edəcəklər: "Dinc birgəyaşayış, təcavüzdən imtina, dinc birgə mövcudluq fəlsəfəsi münaqişə imkanını aşağı salan addımları və düşüncəni nəzərdə tutur. Ermənilərin isə indi etdikləri tam əksinədir, onların məhz indiki fəaliyyəti dinc birgəyaşayış gələcəyini təhlükəyə atır. Birgə dinc yaşamağa hazılaşdığın ölkəyə münasibətdə, xüsusən beynəlxalq birik tərəfindən tanınmış ərazilərində məskunlaşdığın dövlətə qarşı bu cür münasibət bəsləmirlər".

O əlavə edib ki, ermənilər yenə zoru, zorbalığı seçirlər, yeni qan-qadanı seçirlər.

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az