📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ermənilər Ermənistandan niyə qaçırlar? Paşinyan səbəbini açıqladı

2024-12-03 14:56:02

Ermənilər Ermənistandan niyə qaçırlar? Paşinyan səbəbini açıqladı

Hurriyyet.az xəbər verir ki, Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentdəki çıxışı zamanı regiondakı münaqişələr səbəbindən ermənilərin 90-cı illərdən başlayaraq ölkəni tərk elədiklərini bəyan edib.
Paşinyan deyib: "90-cı illərin əvvəllərindən bəri daim miqrasiya barəsində danışırıq, müxtəlif səbəbləri sadalayırıq: hüquqi və sosial ədalətsizlik, biznes mühiti, infrastrukturun olmaması. Bunlar əbədi səbəblərdir. Lakin səbəblərin maksimum 20%-ni təşkil edirlər. Gəlin, nəhayət etiraf edək ki, miqrasiyanın əsas səbəbləri - bizim ətraf mühitlə münasibətlərimizdir, regiomal siyasətimizdir". Paşinyan bu sözləri söylədikdə Azərbaycan və Türkiyə ilə münasibətləri nəzərdə tutduğunu bildirib. 
Paşinyan əlavə edib ki, onun hökumətinin "siyasəti sayəsində dövlətin qarşısındakı çağırışlar qismən həll edilib, lakin yeniləri meydana çıxır".
Hürr Tərcüman