📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ermənilər indi də BMT missiyasını şərləyir – Həqiqi hesabat yaydığına görə...

2023-10-03 13:51:13

Ermənilər indi də BMT missiyasını şərləyir – Həqiqi hesabat yaydığına görə...

Məlum olduğu kimi, Qarabağa səfər edən BMT missiyası yekun bəyanatında mülki ictimai infrastruktura, o cümlədən xəstəxanalara, məktəblərə və yaşayış binalarına, mədəni və dini strukturlara heç bir ziyanın qeydə alınmadığını bildirib. Missiya Azərbaycan Respublikası Hökumətinin şəhərdə səhiyyə xidmətlərinin və bəzi kommunal xidmətlərin bərpasına hazırlaşdığını qeydə alıb. Missiya son atəşkəsdən sonra dinc əhaliyə qarşı zorakılıq halları ilə bağlı nə sorğu edilən yerli əhalidən, nə də həmsöhbətlərdən heç bir müraciətə rast gəlməyib.

Ancaq BMT missiyasının bu obyektiv hesabatı gözlənildiyi kimi, bütün beynəlxalq təşkilatları və xarici dövlətləri Azərbaycanın üzərinə qaldırmağa çalışan Ermənistanın narazılığına səbəb olub.

Hurriyyet.az xəbər verir ki, Ermənistanın xüsusi tapşırıqlar üzrə səfiri Edmon Manukyan BMT-nin Qarabağda olan və gördükləri əsasında obyektiv hesabat hazırlayan missiyasını tənqid edib. Manukyan bildirib ki, guya missiya Azərbaycanın Qarabağda keçirdiyi “etnik təmizləməyə” haqq qazandırır. Guya infrastruktur dağıntılarını və Azərbaycanın digər “əməllərini” görməzdən gəlir. Səfir hətta BMT tərəfindən sözügedən missiyanın fəaliyyətinin yoxlanılmasını tələb edib.

Bütün bunlar bir daha dövlət və cəmiyyət olaraq Ermənistanın şər-böhtandan əl çəkərək, əsrlər boyu davam edən xəstəlikdən “sağalmasına” hələ xeyli vaxt lazım olduğundan xəbər verir.

“AzPolitika.info”