📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ermənilər “Laçın” postunda - Foto

2023-09-08 13:08:09

Ermənilər “Laçın” postunda - Foto

Sentyabrın 8-də "Laçın" sərhəd-buraxılış məntəqəsindən Xankəndi-Gorus istiqamətində Beynəlxalq Qırmızı Xaç Komitəsinə (BQXK) məxsus 9 nəqliyyat vasitəsi keçib.

Hurriyyet.az xəbər verir ki, ümumilikdə bu nəqliyyat vasitələri ilə 30 nəfərin məntəqədən maneəsiz keçidinə şərait yaradılıb.

Onlardan 4-ü BQXK-nın üzvü, 9-u sürücü, 10-u xəstə, 6-sı müşayiətçi, 1-i isə tibb işçisi olub.

Bu, bir daha mülki ermənilərin sərhəd-buraxılış məntəqəsindən keçidində heç bir maneənin, hər hansı çətinliyin olmamasını göstərir.

Həmçinin, Ermənistanın Azərbaycan tərəfindən Laçın yolunun blokadada saxlanmasına dair iddialarının yalan və böhtan olduğunu növbəti dəfə sübut edir.