📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ermənilər “Laçın” SBM-dən maneəsiz keçdilər - VİDEO

2023-07-22 15:45:00

Ermənilər “Laçın” SBM-dən maneəsiz keçdilər - VİDEO

Bu gün Laçın-Xankəndi yolunun başlanğıcında qurulmuş sərhəd-buraxılış məntəqəsindən növbəti dəfə Qarabağda yaşayan ermənilərin keçidi təmin edilib.

Hurriyet.az xəbər verir ki, kadrlarda Qarabağın erməni sakinlərinin sənədlərinin yoxlanıldığı əks olunub.

Videodan da göründüyü kimi, Qarabağın erməni sakinləri sərbəst və təhlükəsiz şəkildə, Beynəlxalq Qırmızı Xaç Cəmiyyətinin əməkdaşlarının müşayiəti ilə “Laçın” SBM-dən keçirlər.

Qeyd edək ki, 10 Noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanata zidd olaraq Ermənistandan Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı birləşmələrinə qanunsuz olaraq canlı qüvvə, sursat, mina və digər hərbi texnikanın keçirilməsinin qarşısının alınması məqsədilə aprelin 23-də Dövlət Sərhəd Xidmətinin bölmələri tərəfindən Azərbaycanın suveren ərazilərində, Ermənistanla sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-keçid məntəqəsi yaradılıb.

13:24

Bu gün, iyulun 22-də Beynəlxalq Qırmızı Xaç Komitəsinin müşayiəti ilə 31 nəfər erməni sakin Xankəndi-Gorus istiqamətində yola düşüb.

Hurriyet.az xəbər verir ki, “Laçın” sərhəd-buraxılış məntəqəsindən keçərkən Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq bütün zəruri sərhəd və gömrük prosedurlarına riayət olunub.

Keçidin kadrlarını “Caliber” “Telegram” kanalı yayıb.

/Trend/