📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ermənilər Laçında ekskavatoru atəşə tutdu - Foto

2023-05-08 10:40:00

Ermənilər Laçında ekskavatoru atəşə tutdu - Foto

Mayın 8-i saat 09:15-də Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Laçın rayonu ərazisində şərti sərhəddə ekskavatorumuzu atəşə tutub.

Bu barədə Hurriyyet.az-a Azərbaycanın Müdafiə Nazirliyindən məlumat verilib.

Azərbaycan Ordusunun bölmələri tərəfindən cavab tədbirləri görülüb.