📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ermənilər Laçını BAŞDAN-BAŞA MİNALAYIBLAR... - RƏSMİ AÇIQLAMA

2022-08-16 15:10:00

Ermənilər Laçını BAŞDAN-BAŞA MİNALAYIBLAR... - RƏSMİ AÇIQLAMA

Laçın rayonunun şərq hissəsində, Sarıbaba yüksəkliyinin şimal-qərb istiqamətində qanunsuz erməni silahlı dəstələrinin basdırdığı piyada əleyhinə mina sahəsi aşkar edilib.

Bu barədə Hurriyyet.az-a Müdafiə Nazirliyindən məlumat verilib.
 

Azərbaycan Ordusunun Mühəndis Qoşunlarının bölmələri tərəfindən ərazinin kəşfi aparılıb.

Aşkar edilmiş minalar xüsusi hazırlıq keçmiş istehkam qrupu tərəfindən zərərsizləşdirilib.
 

Avqustun 15-də, bir gün ərzində, minalanmış sahədən ümumilikdə 991 ədəd PMN-E növlü piyada əleyhinə mina çıxarılaraq daşınıb və təhlükəsizlik qaydalarına riayət olunmaqla utilizasiya edilib.
 

Xüsusi qeyd etmək lazımdır ki, bu istiqamətində aşkar edilən minaların hamısı Vətən müharibəsindən sonra - 2021-ci ildə Ermənistanda istehsal olunub.