📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Ermənilər müharibə istəmirlərsə, 8 kənd və Zəngəzur dəhlizi məsələsinin həllini sürətləndirməlidirlər" - ELXAN ŞAHİNOĞLU

2024-03-05 11:49:43

"Paşinyan bölgədə sülhün əldə olunması və əməkdaşlığa başlanılması üçün addım atarsa, bunun qarşlığında Azərbaycan və Türkiyə Ermənistanın regional layihələrə qoşulması üçün imkan yaradacaqlar"

"Ermənistanda "Gallup International" mərkəzinin keçirdiyi son sorğunun nəticəsinə görə, faktiki hər iki ermənidən biri Azərbaycanla yeni müharibə təhlükəsinin real olduğunu bildirib. Əslində, bunun obyektiv səbəbləri var. Biz nə qədər yeni müharibə istəmədiyimizi bildirsək də, 8 kənd və Zəngəzur dəhlizi məsələsində qətiyyətli mövqeyimizi davam etdiririk". Hurriyyet.az xəbər verir ki, bunu "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu qeyd edib.

Politoloqun fikrincə, bu da ermənilərdə belə əhval-ruhiyyə yaradıb ki, Azərbaycan istəklərini əldə etmək üçün yeni müharibəyə başlaya bilər: "Deməli, əgər ermənilər müharibə istəmirlərsə, bu iki məsələnin həllini sürətləndirməlidirlər. Baş nazir Nikol Paşinyan bölgədə sülhün əldə olunması və əməkdaşlığa başlanılması üçün addım atarsa, bunun qarşlığında Azərbaycan və Türkiyə Ermənistanın regional layihələrə qoşulması üçün imkan yaradacaqlar. Bu yol Ermənistanı müharibə təhlükəsindən uzaqlaşdıracaq".

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az