📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ermənilər müharibəyə hazırlaşır? - 5-ci korpus hazırlıq vəziyyətinə gətirildi

2021-08-23 17:39:00

Ermənilər müharibəyə hazırlaşır? - 5-ci korpus hazırlıq vəziyyətinə gətirildi

Ermənistanda 5-ci ordu korpusunun hərbi hissələrindən biri bu gün yüksək hazırlıq vəziyyətinə gətirilib.

HURRİYYET.az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.

Heyət silah-sursatla tam təmin edilib və konsentrasiya bölgələrinə köçürülüb.

Qeyd edək ki, ehtiyatda olan hərbçilərin yenidən hazırlanması və bacarıqlarının artırılması məqsədi ilə avqustun 25-dən Ermənistanda 3 aylıq hərbi təlim düşərgəsi başlayacaq.