📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ermənilər Naxçıvanı belə atəşə tutur - Video

2023-09-04 15:11:38

Ermənilər Naxçıvanı belə atəşə tutur - Video

Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikası Şərur rayonunun Havuş yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərinin Ermənistan silahlı qüvvələrinin üzbəüz istiqamətdə yerləşən bölmələri tərəfindən atıcı silahlardan atəşə tutulmasının görüntüləri yayılıb.

Hurriyyet.az xəbər verir ki, görüntülər “Nuhçıxan” Teleqram kanalında paylaşılıb.

Qeyd edək ki, sentyabrın 4-ü saat 11:20-də Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikası Şərur rayonunun Havuş yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeləri Ermənistan silahlı qüvvələrinin üzbəüz istiqamətdə yerləşən bölmələri tərəfindən atıcı silahlardan atəşə tutulub.