📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ermənilər Naxçıvanı yenə atəşə tutdu

2024-08-16 09:12:19

Ermənilər Naxçıvanı yenə atəşə tutdu

Avqustun 16-sı saat 03:20 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.

Hurriyyet.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə adekvat cavab tədbirləri görülüb.