📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ermənilər niyə ölkəni tərk edir? Paşinyan: "Xaşı və kababı sevmirlər, sığra taxırlar, əsgərlikdən qorxurlar"

2024-10-17 18:26:08

Ermənilər niyə ölkəni tərk edir? Paşinyan:

Hurriyyet.az xəbər verir ki, Ermənistanın Baş naziri Nikol Paşinyan ölkə rəhbərliyinin respublikadakı mühacirət problemini kifayət qədər öyrənmədiyini bildirib. 
Nazirlər Kabinetinin demoqrafik strategiya layihəsi üzrə iclasında çıxış edən Paşinyan qeyd edib ki, doğum sayının artmasına dəstək tədbirləri görülməsi ilə yanaşı, vətəndaşların Ermənistanı niyə tərk elədiklərini anlamaq da zəruridir.
"Sputnik Ermənistan" informasiya agentliyinin yazdığına görə, Paşinyan respublikanın hazırda Avropadakı restoranlarda ofisiant işləyən keçmiş sakinləri ilə qarşılaşdığını söyləyib: "Sual yaranır — niyə mühacirət etmisən, səbəb nədir? Doğrudanmı Ermənistan mehmanxanalarında ofisiantlar üçün iş yoxdur? Aydın olur ki, bir saç düzümünə, digəri qulağındakı sırğaya görə köçüb gedib. Üçüncüsü xaş yeməyi, dördüncüsü kababı xoşlamır və s".
Paşinyan ermənilərin mühacirət etməsinin çox rast gəlinən səbəblərindən birinin, işsizlik və maaş azlığı ilə yanaşı, orduda xidmətlə bağlı narahatlıq olduğunu deyib: "Axı niyə gəlməlidirlər? Kim Brüsseldəki dinc həyatı qoyub atəş təhlükəsi altındakı Movses kəndinə köçər?"
2023-cü ildə Ermənistandan gedən vətəndaşların sayı gələnlərdən artıq olub. Ermənistanın statistika komitəsinin məlumatına görə, ötən il ölkəyə 1,9 milyon vətəndaş gəlib, 2,8 milyon vətəndaş isə ölkədən gedib.
Hürr Tərcüman