📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ermənilər ordumuzun mövqelərini atəşə tutdu

2022-02-24 09:07:00

Ermənilər ordumuzun mövqelərini atəşə tutdu

Fevralın 23-ü saat 20:30-dan 20:55-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonu istiqamətində yerləşən mövqelərindən Laçın rayonunun Əhmədli yaşayış məntəqəsində yerləşən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan istifadə etməklə fasilələrlə atəşə tutub.

Bu barədə Hurriyyet.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Hazırda qeyd olunan istiqamətdə vəziyyət sabitdir, əməliyyat şəraiti Azərbaycan Ordusunun bölmələrinin nəzarəti altındadır.