📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ermənilər öz basdırdıqları MİNAYA DÜŞDÜ

2021-10-09 20:54:00

Ermənilər öz basdırdıqları MİNAYA DÜŞDÜ

Ermənistanın Azərbaycanla sərhəddə yerləşən Tavuş əyalətində mina partlayıb.

Bu barədə Ermənistan mətbuatı xəbər yayıb.

Partlayış nəticəsində Berd rayonunun sakini 30 yaşlı Nver Makaryan xəsarət alıb. Yaralı hərbi hospitala yerləşdirilib.

Qeyd edək ki, Azərbaycan ərazilərinə, habelə respublikamızın Ermənistanla sərhəddəki rayonlarına minalar ermənilər tərəfindən basdırılıb. Azərbaycan tərəfinin təkidinə baxmayaraq, Ermənistan hələ də mina xəritələrini təhvil verməkdən imtina edir. \\Ölkə.Az