📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Ermənilər özlərini nə Allah bəndəsi kimi, nə də qafqazlı kimi apara bilmədilər..."

2021-11-08 14:40:00

Bu Bayram günü ulu öndər Heydər Əliyevin bir kəlamını yada salmaq istəyirəm: “Əgər bir azərbaycanlı ilə bir ermənini təkbətək meydana salsan, azərbaycanlı heç vaxt kürəyini yerə verməz. Heç vaxt!  Amma millətimizi bu cür qəhrəman etmək bir iki adamın işi deyildir. Bu, xalqın hamısının birlikdə işidir və xalqa rəhbərlik, başçılıq, sərkərdəlik edən adamların işidir”.

Şükürlər olsun ki, 44 günlük savaşda xalqımız,  Ali Baş Komandanımız ulu öndərin arzularını gerçəkləşdirdi. 

Müharibə zamanı Azərbaycan xalqı Allahın xoşuna gələn Zəfəri təmin edən portretini çəkdi. Bu portretdə xalqımızın əsas xarakterik cizgiləri əks olunub:

* Ana öz oğlunun tabutu qabağında oynadı;

* Nərgül bacı bir həftə içərisində həm şəhid ərinin, həm də şəhid qardaşının  cənazəsini çiynində daşıdı;

* Bahar ana şəhid oğlunun məzarı başında ikinci oğlum da bu Vətənə qurban dedi;

* Azərbaycan ordusunda fərarilik müşahidə edilmədi. Və bunun kimi...                                                                             

Müharibədə üzə çıxan belə keyfiyyətləri saymaqla qurtarmaz...

Müzəffər Ali Baş Komandan: “Mən bu gün ulu öndər Heydər Əliyevin qəbrini ziyarət etdim. Onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim ki, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik!”  

Şanlı Zəfərdən sonra ölkə Prezidenti İ.Əliyev dünyaya bəyan etdi: 

* Biz BMT TŞ qətnamələrini təkbaşına yerinə yetirdik;

* 30 ildə bizi başa düşməyənlərə 30 gündə çox şey başa saldıq;

* Biz yeni reallıq yaratmışıq. İndi hər kəs yeni reallıqla hesablaşmalıdır;

* Biz Azərbaycan xalqını qürurlu, cəsarətli, yenilməz xalq kimi  təsdiqlədik. Və bunun kimi...                          

Qarabağ müharibəsi mifik yox, gerçək erməni toplumunun xüsusiyyətlərini çılpaqlığı ilə ortaya qoydu. Bu müharibədə ermənilər də toplum olaraq öz mənfur portretini çəkdilər. Ermənilərin çəkdiyi əcaib portret Allahın xoşuna gəlməz. Ermənilər qeyri-insan cizgilərlə dolu, barbar, vəhşi, məktəbləri, xəstəxanaları, meşələri, bağları viran edən bir toplumun portretini çəkdilər. Ermənilər özlərini nə Allah bəndəsi kimi, nə də qafqazlı kimi apara bilmədilər. Özlərinə həm də Matenadaranda saxlanılası mümkün olmayan bir tarix yazdılar.  

Qarabağda quruculuq dövrüdür. Bu yerdə yadıma böyük H.Cavidin məşhur misrası düşür: “talenin hökmünü poza bilsəydim həmən, Onu öz arzumla, niyyətimlə yazardım yenidən”. Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Qarabağı öz arzusuna, niyyətinə uyğun olaraq yenidən tikir, yenidən qurur. İndi Qarabağda ağıllı şəhər, ağıllı kəndlər salınır. Bu işdə Ali Baş Komandana Allah köməyi olsun. Şərq müdrükləri deyiblər ki, hər qüdrətli kişinin arxasında qeyrətli bir qadın dayanır. Yeri gəlmişkən, fikirlərimə birinci xanım Mehriban Əliyevanın bir düası ilə son verirəm: “Allah hər bir azərbaycanlıya müqəddəs Qarabağ torpağını öpməyi nəsib etsin”. Amin.

Şahlar Əsgərov, əməkdar elm xadimi, professor